...

"Neftçi" - "Qarabağ" finalı (ƏLAVƏ OLUNUB)

İdman Materials 21 Aprel 2015 20:49 (UTC +04:00)
Bu gün Azərbaycan Kubokunda yarımfinal mərhələsinin cavab oyunları keçirilir.
"Neftçi" - "Qarabağ" finalı (ƏLAVƏ OLUNUB)

"İnter" - "Neftçi" oyunu haqqında məlumat əlavə olunub (ilk xəbər saat 20:00-da yayılıb)

Azərbaycan, Bakı, 21 aprel /Trend/

Bu gün Azərbaycan Kubokunda yarımfinal mərhələsinin cavab oyunları keçirilib.

Trend-in məlumatına görə, "Simurq" Zaqatalada "Qarabağ"ı qəbul edib. Gərgin keçən matçda hesab açılmayıb - 0:0.

İlk qarşılaşma "Qarabağ"ın minimal hesablı qələbəsi ilə başa çatdığından Ağdam təmsilçisi finala vəsiqə qazanıb.

"İnter" isə ilk oyunda 0:2 hesabı ilə məğlub olduğu "Neftçi" ilə qarşılaşıb. Komandalar fasiləyə qollu heç-heçə ilə yollanıblar: Nikolas Kanales, 27 (0:1), Arif Daşdəmirov, 37 (1:1)

Fasilədən sonra "bankirlər" önə keçiblər - 56-cı dəqiqədə Baçana Sxadadze fərqlənib. Bu, oyunda sonuncu qol olub. Beləliklə, iki oyunun nəticəsinə görə "Neftçi" finala yüksəlib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti