...

Avstriyanın Bakı-2015 heyətinə Olimpiya çempionları başçılıq edir

İdman Materials 23 Aprel 2015 23:35 (UTC +04:00)

Azərbaycan, Bakı, 23 aprel /Trend/

Avstriya Atletika Federasiyası Bakı-2015 Avropa Oyunları üçün özünün olimpiya qaliblərindən ibarət komandasını ictimaiyyətə təqdim edib. Bu barədə Trend Oyunların saytına istinadən məlumat verir.

34 yaşlı disk atıcısı Gerhard Mayer Pekin-2008 və London-2012 Olimpiya Oyunlarının iştirakçısıdır. O həm də 2007 Universiadasında qızıl medala layiq görülüb.

Beate Şrott London-2012 Olimpiya Oyunlarında qadınlar arasında sədlərlə 100 m məsafəyə qaçışı 8-ci yerdə bitirib, Andreas Voyta isə Londonda 1500 m məsafəyə qaçışda yarışıb.

Bakı-2015 Avropa Oyunlarında Avstriyanı təmsil edəcək İvona Dadiç 200 m məsafəyə qaçışda mübarizə aparacaq. O, 2012-ci ildə heptatlon üzrə Olimpiya Oyununda yarışmış ilk avstriyalı qadın idmançıdır.

Avstriyanı təmsil edəcək və daha böyük beynəlxalq təcrübəyə malik idmançılardan, son qapalı şəraitdə keçirilmiş atletika üzrə Avropa çempionatında 3000 m məsafəyə qaçışı 10-cu yerdə başa vurmuş cütlüyün bir üzvü Cennifer Vent, digəri isə 2009-cu il Avropada gənclər arasında Olimpiya festivalında nüvə atıcılığı və disk atıcılığı üzrə iki medal qazanmış Lukas Waysshaydinger olacaq.

Avstriya Bakı-2015 Avropa Oyunlarında atletika üzrə tək komanda medalı uğrunda Albaniya, Andorra, Ermənistan, Azərbaycan, Bosniya-Herseqovina, Kosovo, Gürcüstan, İsrail, Lüksemburq, Malta, Makedoniya, Moldova, Monteneqro, Slovakiya və Lixtenşteyn, San Marino və Cəbəllütariqdən ibarət kiçik dövlətlərin komandalarına qarşı mübarizə aparacaq.

Kişilərdən ibarət komandanın üzvlərinin tam siyahısı: Benjamin Qrill (100 m); Dominik Distelberger (200 m); Dominik Hufnaql (400 m); Nikolaus Fransmair (800 m); Andreas Voyta (1500 m); Brenton Rove (3000 m); Valentin Pfayl (5000 m); Dominik Sidlaçsek (sədlərlə 110 m); Tomas Kain (sədlərlə 400 m); Kristian Ştaynhammer (maneələri dəf etməklə 3000 m); Yosip Kopiç (hündürlüyə tullanma); Pol Kilbertus (şüvüllə tullanma); Yulian Kellerer (uzunluğa tullanma); Roman Şmid (üç təkanla tullanma); Lukas Waysshaydinger (nüvə atıcılığı); Gerhard Mayer (disk atıcılığı); Benjamin Siart (çəkic atıcılığı); Mattias Kaserer (nizə atıcılığı); Ekemini Bassey, Markus Fuxs, Benjamin Qrill, Kristof Haslauer və Tomas Rozentaler (4x100 m); Nikolaus Fransmair, Mario Gebhardt, Dominik Hufnaql, Tomas Kain, Andreas Rapats və Kristian Smetana (4x400 m).

Qadınlardan ibarət komandanın üzvlərinin tam siyahısı: Viola Klayser (100 m); İvona Dadiç (200 m); Suzanne Valli (400 m); Pamela Mertsendorfer (800 m); Elizabet Nidereder (1500 m); Cennifer Vent (3000 m); Anita Bayerl (5000 m); Beate Schrott (100 m sədlər); Verena Menapace (sədlərlə 400 m); Ştefani Huber (maneələri dəf etməklə 3000 m); Nina Luyer (hündürlüyə tullanma); Kira Qrünberq (şüvüllə tullanma); Sara Laqqer (uzunluğa tullanma); Mixaela Eqqer (üç təkanla tullanma); Veronika Vatzke (nüvə atıcılığı və disk atıcılığı); Yulia Siart (çəkic atıcılığı); Elizabet Eberl (nizə atıcılığı); İvona Dadiç, İna Huemer, Viola Klayser, Aleksandra Tot və Eva Vimberger (4x100 m); Verena Menapaçe, Elizabet Nidereder, Verena Prayner, Karina Şrempf, Yulia Şvartsinger və Suzanne Valli (4x400 m).

Məqalədə:
Xəbər lenti

Xəbər lenti