...

Sxadadze: Maaş almayan oyunçuların sərgilədiyi futbol alqışalayiqdir

İdman Materials 1 May 2015 20:43 (UTC +04:00)
"Maaş almayan oyunçuların sərgilədiyi futbol alqışalayiqdir".
Sxadadze: Maaş almayan oyunçuların sərgilədiyi futbol alqışalayiqdir

Azərbaycan, Bakı, 1 may /Trend/

"Maaş almayan oyunçuların sərgilədiyi futbol alqışalayiqdir". Trend-in Peşəkar Futbol Liqasına istinadən verdiyi məlumata görə, bunu bu gün Premyer Liqanın XXXII turu çərçivəsində keçirilən "Simurq" - "İnter" oyunundan sonra paytaxt klubunun baş məşqçisi Kaxaber Sxadadze deyib.

K.Sxadadze qeyd edib ki, ilk hissədə çox dinamik oyunun şahidi olduq: "Hər iki komandanın qapısı qarşısında qol vəziyyətləri olurdu. Bəzi epizodlarda müdafiəçilər səhvlər etdilər. Amma Səlahət Ağayev əla oyun sərgilədi. Oyundan tam razı deyiləm. Amma 3 xal qazanıb ehtiyatımızı zənginləşdirdik. Son zamanlar hər iki komandada problem var. Bir müddətdir ki, maaş almayan oyunçuların sərgilədiyi futbol isə alqışalayiqdir. Ümid edirəm ki, vəziyyət düzələcək".

"Simurq"un baş məşqçisi George Çixradze isə qeyd edib: "Oyun barədə danışmaq mənim üçün çox çətindir. Start fitindən sonra yaranmış vəziyyət artıq komandanın durumundan xəbər verir. Mənim üçün danışmaq ağırdır. Rəqib oyuna daha yaxşı köklənmişdi və bunun nəticəsidir ki, vacib qələbə qazandılar. Hazırkı vəziyyətdə biz gələcəyin necə olacağını bilmirik. Hələ ki, yolumuza davam edirik".

Qeyd edək ki, "İnter" Zaqatalada "Simurq"u 3-2 hesabı ilə məğlub edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti