Azərbaycan, Bakı, 7 iyul /Trend/
Öz ölkəsində kuboku qazanan komandalar Çempionlar Liqasında oynayacaqlar.
Trend-in Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, bunu Rusiya Futbol Premyer Liqasının prezidenti Sergey Pryadkin deyib.
Onun sözlərinə görə, hazırda UEFA bu məsələni müzakirə edir: "Məqsəd ölkə kubokunu qazanan komandaların Avropa Liqasına deyil, Çempionlar Liqasının qrup mərhələsinə birbaşa düşə bilməsidir".
S.Pryadkin qeyd edib ki, çox güman bu təklif qəbul ediləcək: "Müvafiq olaraq, ölkə kuboklarının əhəmiyyəti artacaq".