Azərbaycan, Bakı, 17 iyul /Trend/
Bu gün UEFA Avropa Liqasının III təsnifat mərhələsinin püşkü atılıb.
Trend UEFA-nın saytına istinadən məlumat verir ki, Azərbaycanı turnirdə təmsil edən "İnter" və "Qəbələ" klublarının növbəti mərhələdəki potensial rəqibləri məlum olub.
Belə ki, "Qəbələ" Serbiyanın "Çukariçki" klubunu məğlub etsə, növbəti mərhələdə "Apollon" (Kipr) - "Trakay" (Litva) cütünün qalibi ilə üz-üzə gələcək.
"İnter" isə İslandiyanın "Hafnarfyordur" klubundan üstün olsa, İspaniyanın "Atletik" (Bilbao) komanası ilə qarşılaşacaq.
Qeyd edək ki, "İnter" səfərdə keçirdiyi ilk oyunda İslandiya təmsilçisini 2:1 hesabı ilə məğlub edib.