...

"Seltik" - "Qarabağ" matçının başlama saatı müəyyənləşib

İdman Materials 23 İyul 2015 12:49 (UTC +04:00)
Çempionlar Liqasının üçüncü təsnifat mərhələsinin "Seltik" - "Qarabağ" matçının başlama saatı müəyyənləşib.
"Seltik" - "Qarabağ" matçının başlama saatı müəyyənləşib

Azərbaycan, Bakı, 23 iyul /Trend/

Çempionlar Liqasının üçüncü təsnifat mərhələsinin "Seltik" - "Qarabağ" matçının başlama saatı müəyyənləşib.

Trend-in Şotlandiya klubunun saytına istinadən yaydığı xəbərə görə, Qlazqo şəhərində keçiriləcək oyun iyulun 29-u Bakı vaxtı ilə saat 23:45-də (yerli vaxtla 19:45) başlayacaq.

Artıq oyunun biletləri də satışa çıxarılıb. Biletlərin qiyməti böyüklər üçün 20-22 avro, 12-16 yaşlı uşaqlar üçün isə 7-12 avro təşkil edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti