Azərbaycan, Bakı, 20 avqust /Trend/
"Avro-2016"nın seçmə mərhələsi çərçivəsində milli komandamız sentyabrın 3-də Bakıda Xorvatiya, sentyabrın 6-da isə səfərdə Malta yığması ilə qarşılaşacaq.
Trend-in AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, hazırlıq məqsədilə avqustun 24-dən sentyabrın 7-dək təlim-məşq toplantısı keçiriləcək.
Yığmamızın baş məşqçisi Robert Prosineçki 30 futbolçuya dəvət göndərib ki, bunların sırasında ötən mövsüm Premyer Liqanın bombardiri Nurlan Novruzov da var.
Kamran Ağayev - "Karşıyaka" (Türkiyə)
Aqil Məmmədov - "Neftçi"
Səlahət Ağayev - "İnter"
Tərlan Quliyev - "Kəpəz"
Bədavi Hüseynov - "Qarabağ"
Rəşad Sadıqov - "Qarabağ"
Magomed Mirzabekov - "Qəbələ"
Arif Daşdəmirov - "Qəbələ"
Ruslan Abışov - "Xəzər Lənkəran"
Pavel Paşayev - "Metallurq Zaporojye" (Ukrayna)
Ürfan Abbasov - "Qəbələ"
Rəşad Sadiqov - "Qəbələ"
Seymur Əsədov - AZAL
Rəhman Hacıyev - "Neftçi"
Qara Qarayev - "Qarabağ"
Cavid Tağıyev - "Qarabağ"
Elvin Camalov - "Qəbələ"
Coşqun Diniyev - "Qarabağ"
Elvin Məmmədov - "Qarabağ"
Əfran İsmayılov - "Qarabağ"
Dmitri Nazarov - "Karlsruhe" (Almaniya)
Ruslan Qurbanov - "Neftçi"
Araz Abdullayev - "Neftçi"
Rahid Əmirquliyev - "Xəzər Lənkəran"
Elnur Cəfərov - "Xəzər Lənkəran"
Vüqar Nadirov - "Xəzər Lənkəran"
Magomed Qurbanov - "Neftçi"
Rauf Əliyev - "İnter"
Nurlan Novruzov - "Zirə"
Eddi İsrafilov - "Eibar" (İspaniya)