Azərbaycan, Bakı, 2 oktyabr /Trend/
Bakıda keçirilən şahmat üzrə Dünya Kubokunda final görüşləri davam edir.
Dünya Kubokunun mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, bu gün Sergey Karyakin ağ fiqurlarla Rusiyanın digər təmsilçisi Pyotr Svidlerlə qarşılaşır.
Qeyd edək ki, final mərhələsinin ilk görüşündə P.Svidlər qələbə qazanıb.
Mükafat fondu 1.6 milyon dollar olan yarışın qalibi 120 min dollar qazanacaq. Reqlamentə əsasən, finalçılar dünya çempionluğuna iddiaçıların turnirində iştirak etmək imkanı əldə edib.