...

Azərbaycan və Misir şahmat üzrə müqavilə imzaladılar (FOTO)

İdman Materials 5 Oktyabr 2015 17:58 (UTC +04:00)
Bu gün Azərbaycan və Misir Şahmat federasiyası arasında əməkdaşlıq müqaviləsi imzalanıb.
Azərbaycan və Misir şahmat üzrə müqavilə imzaladılar (FOTO)

Azərbaycan, Bakı, 5 oktyabr /Trend/

Bu gün Azərbaycan və Misir Şahmat federasiyası arasında əməkdaşlıq müqaviləsi imzalanıb.

Bakıda keçirilən şahmat üzrə Dünya Kubokunun mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, müqaviləni Azərbaycan Şahmat Federasiyasının prezidenti Elman Rüstəmov və Misir Şahmat Federasiyasının prezidenti Haşem Elgendani imzalayıblar.

Razılaşmaya əsasən şahmatın inkişafı istiqamətində birgə layihələr işlənəcək, qarşılıqlı təlim-məşq toplanışlar və hakimlər arasında təcrübə mübadiləsi aparılacaq.

İmzalanma mərasimində sonra suallara cavab verən E.Rüstəmov müqavilənin vacibliyindən danışıb: "Misirlə əməkdaşlığımız müqavilədən əvvəl də olub. İndi biz bunu rəsmiləşdirdik. Müqaviləyə əsasən şahmatçılar Azərbaycanda və Misirdə təlim-məşq toplanışlarında iştirak edə bilərlər və hakimlərimizin təcrübə mübadiləsi aparılacaq".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti