...

FIFA türk azarkeşlərin 1 dəqiqəlik sükutu fitə basmasına reaksiya verəcək

İdman Materials 18 Noyabr 2015 15:49 (UTC +04:00)
İstanbulda keçirilən Türkiyə - Yunanıstan yoldaşlıq oyununda Parisdə terror aktlarının qurbanlarının 1 dəqiqəlik sükutla yad edilməsinin yerli azarkeşlər tərəfindən fitə basılması FIFA-nın diqqətindən kənarda qalmayacaq.
FIFA türk azarkeşlərin 1 dəqiqəlik sükutu fitə basmasına reaksiya verəcək

Bakı. Trend:

İstanbulda keçirilən Türkiyə - Yunanıstan yoldaşlıq oyununda Parisdə terror aktlarının qurbanlarının 1 dəqiqəlik sükutla yad edilməsinin yerli azarkeşlər tərəfindən fitə basılması FIFA-nın diqqətindən kənarda qalmayacaq.

Trend-in məlumatına görə, bunu Rusiya Futbol Federasiyasının prezidenti və FIFA-nın İcraiyyə Komitəsinin üzvü Vitali Mutko Dövlət Dumasında "hökumət saatı" zamanı deyib.

Onun sözlərinə görə, stadionlarda irqçilik, ekstremizm, zorakılıq dünya səviyyəli problemdir: "Aydındır ki, bu matç FIFA-nın diqqətindən yayınmayacaq".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti