...

Hakim: İdman gimnastikası ulduzlarının Bakıya gəlişi bu idman növünün inkişafı üçün yaxşı haldır (FOTO)

İdman Materials 19 Fevral 2016 18:14 (UTC +04:00)
Dünya idman gimnastikasının ulduzlarının Bakıya gəlişi bu idman növünün inkişafı üçün çox yaxşı haldır.
Hakim: İdman gimnastikası ulduzlarının Bakıya gəlişi bu idman növünün inkişafı üçün yaxşı haldır (FOTO)

Bakı. Maksim Tsurkov - Trend:

Dünya idman gimnastikasının ulduzlarının Bakıya gəlişi bu idman növünün inkişafı üçün çox yaxşı haldır. Bunu Trend-ə beynəlxalq dərəcəli hakim Rza Əliyev deyib.

Onun sözlərinə görə, yaponiyalı Kenzo Şirainin yeni çətin elementi icra etməsi turnir üçün vacib an oldu: "Şirai dünyada hazırda belə tullanmanı həyata keçirən yeganə idmançıdır. O, ikiqat salto və 3 qat vintdən ibarətdir ki, bu da çox çətin elementdir. Bu turnir onun həmin elementi icra etdiyi ikinci turnir və birinci beynəlxalq turnirdir".

R.Əliyev qeyd edib ki, K.Şirai, Oksana Çusovitina, Aleksandr Şatilov kimi ulduzların Dünya Kubokuna gəlməsi Azərbaycanda bu idman növünün inkişafı baxımından yaxşı haldır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti