...

Dünya çempionu: Bakı Olimpiada üçün təsnifat xarakteri daşıyacaq Dünya Kuboku mərhələlərini keçirməyə layiqdir

İdman Materials 20 Fevral 2016 16:05 (UTC +04:00)
Bakı Olimpiya Oyunları üçün təsnifat xarakteri daşıyacaq Dünya Kuboku mərhələlərini keçirməyə layiqdir.
Dünya çempionu: Bakı Olimpiada üçün təsnifat xarakteri daşıyacaq Dünya Kuboku mərhələlərini keçirməyə layiqdir

Bakı. Trend:

Bakı Olimpiya Oyunları üçün təsnifat xarakteri daşıyacaq Dünya Kuboku mərhələlərini keçirməyə layiqdir. Bunu Trend-ə ukraynalı gimnast, dünya çempionu, 3 qat Avropa çempionu, I Avropa Oyunlarının ikiqat çempionu Oleq Vernyaev deyib.

Onun sözlərinə görə, hazırda Ukrayna yığmasının əsas məqsədi Olimpiadaya komanda lisenziyası almaqdır: "Buna görə də məşqçi heyəti bu turnirdə gənc istedadları yoxlamaq, onlara bu şəraiti hiss etmək imkanı vermək qərarına gəldi.

O.Vernyaev qeyd edib ki, Bakıya ikinci dəfədir gəlir: "İlk dəfə bura I Avropa Oyunlarına gəlmişdim. Həmin oyunlar ən yaxşı təəssüratlar yaratdı. Bakıya gəlmək həmişə xoşdur, çünki burada çoxlu dostlar var. Bizi Dünya Kubokuna gəlməyə dəvət edəndə fikirləşdim ki, alınmayacaq, çünki məşqçi məşqlərə köklənmişdi. Lakin dəvət barədə ona deyəndə məşqçidə maraq oyandı. Hər şeyi tez təşkil etdik və gəldik".

Onun sözlərinə görə, Bakı Olimpiya Oyunları üçün təsnifat xarakteri daşıyacaq Dünya Kuboku mərhələlərini keçirməyə layiqdir: "Burada yarışlar həmişə yaxşı səviyyədə keçir. Burada yeni, yaxşı və böyük zal var. Tamaşaçıların sayı çoxdur, finallarda daha da çox tamaşaçı olacaq".

İdman gimnastikası üzrə FIG Dünya "Challenge" Kuboku fevralın 21-də 2015-ci ildə İlk Avropa Oyunları zamanı altı gimnastika növünə ev sahibliyi etmiş Milli Gimnastika Arenasında başa çatacaq. Kubokda ayrı-ayrı alətlər üzrə medallar uğrunda 45 kişi və 22 qadın gimnast mübarizə aparır, ümumilikdə isə yarışlarda 19 ölkədən idmançı iştirak edir.

İdman yarışlarının ilk iki günündə kişi və qadın gimnastları arasında Kubokun təsnifat mərhələləri, sonuncu günü isə ayrı-ayrı alətlər üzrə finallar keçiriləcək.

Favoritlər arasında Dünya Çempionatının parallel qollar üzərində bürünc medalçısı, Bakı-2015 İlk Avropa Oyunlarında beş medala layiq görülmüş yeganə Azərbaycan idmançısı Oleq Stepko və komanda hesabında onunla birgə bürünc mükafat qazanmış Petro Paxnyuk da yer alır. Qadınlar arasında Azərbaycanı Yuliya İnşina, Marina Nekrasova və Mariya Smirnova təmsil edirlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti