...

Ronaldo və Ramos "Real"ı tərk edirlər?

İdman Materials 2 Mart 2016 20:07 (UTC +04:00)
Madrid "Real"ının futbolçuları Kriştiano Ronaldo və Serxio Ramos klubun prezidenti Florentino Peresdən transferə çıxarılmalarını xahiş ediblər.
Ronaldo və Ramos "Real"ı tərk edirlər?

Bakı. Elçin Hüseynov - Trend:

Madrid "Real"ının futbolçuları Kriştiano Ronaldo və Serxio Ramos klubun prezidenti Florentino Peresdən transferə çıxarılmalarını xahiş ediblər. Trend-in "El Chiringuito" telekanalına istinadən verdiyi məlumata görə, bu barədə klubdakı mənbə bildirib.

Qeyd olunur ki, futbolçular bu xahişlə İspaniya çempionatının 26-cı turu çərçivəsində "Atletiko"ya 0:1 hesablı məğlubiyyətdən dərhal sonra müraciət ediblər. Bu oyundan sonra "Real" lider "Barselona" klubundan 12 xal geri qalır.

2009-cu ildən "Real"ın şərəfini qoruyan K.Ronaldo 333 oyunda 347 qol vurub. "Kral klubu"na 2005-cı ildə gələn müdafiəçi S.Ramos isə 465 oyunda rəqib qapılarına 56 qol keçirib.

Xəbər lenti

Xəbər lenti