...

Şahmatçılardan yeniyetmələr üçün seans (FOTO)

İdman Materials 31 May 2016 15:22 (UTC +04:00)
Ş.Məmmədyarov 11 yaşlı Əli Əmrahlıya heç-heçə təklif edərək yeniyetmənin sevinməsinə şərait yaradıb.
Şahmatçılardan yeniyetmələr üçün seans (FOTO)

Bakı. Trend:

Vüqar Həşimovun xatirəsinə həsr olunan "ShamkirChess-2016" turnirinin iştirakçıları Şəmkirdə yerləşən Zəka Gənclər Mərkəzində yeniyetmə şahmatçılar üçün seans keçirib.

Turnirin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, yeniyetmə şahmatçılarla görüşdə həmyerlimiz Şəhriyar Məmmədyarov, çinli dünya çempionu Hou Yifan, Rusiya təmsilçisi Sergey Karyakin, Hollandiyanın adından çıxış edən Aniş Giri və italiyalı Fabiano Karuana iştirak ediblər.

Yeniyetmələrlə görüşlərin hamısında qrossmeysterlər qələbə qazanıblar. Yalnız Azərbaycan yığmasının lideri Ş.Məmmədyarov 11 yaşlı Əli Əmrahlıya heç-heçə təklif edərək yeniyetmənin sevinməsinə şərait yaradıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti