Bakı. Trend:
Bu gün İsveçrənin Nyon şəhərində UEFA Avropa Liqasının I və II təsnifat mərhələsinin püşkatma mərasimi keçirilib.
Trend-in məlumatına görə, Azərbaycanı bu turnirdə təmsil edən "Neftçi", "Qəbələ" və "Kəpəz"in I mərhələdə rəqibləri məlum olub.
Belə ki, "Neftçi" Maltanın "Baltsan", "Qəbələ" Gürcüstanın "Samtrediya", "Kəpəz" isə Moldovanın "Daçiya" klubları ilə qarşılaşacaqlar.
Hər üç klubumuz ilk oyununu Bakıda keçirəcək.Qeyd edək ki, ilk oyunlar iyunun 30-u, cavab qarşılaşmaları isə iyulun 7-də keçiriləcək.