...

Rio-2016: Azərbaycan daha bir gümüş qazandı

İdman Materials 18 Avqust 2016 00:27 (UTC +04:00)

Bakı. Trend:

Braziliyanın Rio-de-Janeyro şəhərində təşkil edilən Yay Olimpiya Oyunları çərçivəsində Azərbaycan güləşçisi Mariya Stadnik final görüşünü keçirib.

Trend-in məlumatına görə, 48 kq çəki dərəcəsində mübarizə aparan idmançımız finalda Yaponiya təmsilçisi Tosaka ilə güləşib. Bunadək bütün rəqiblərini vaxtından əvvəl məğlub edən M.Stadnik bu dəfə qələbə qazana bilməyib – 2:3.

Beləliklə, Azərbaycan Rio Olimpiadasında daha bir gümüş medal qazanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti