...

Olimpiadanın 15-ci günündə daha 5 idmançımız yarışacaq

İdman Materials 20 Avqust 2016 12:06 (UTC +04:00)
Yay Olimpiya Oyunlarının 15-ci günündə daha 5 Azərbaycan idmançısı yarışacaq.
Olimpiadanın 15-ci günündə daha 5 idmançımız yarışacaq

Bakı. Trend

Braziliyanın Rio-de-Janeyro şəhərində keçirilən Yay Olimpiya Oyunlarının 15-ci günündə daha 5 Azərbaycan idmançısı yarışacaq.

Trend-in məlumatına görə, avqustun 20-si Bakı vaxtı ilə saat 17:15-də Azərbaycanın sərbəst güləşçisi Şərif Şərifov (86 kq), saat 17:40-da digər sərbəst güləşçimiz Cəmaləddin Maqomedov (125 kq), saat 19:45-də taekvondoçu Radik İsayev (+80 kq), saat 22:20-də qadın gimnast Marina Durunda (bədii gimnastika) və avqustun 21-i saat 04:30-da atlet Hayle İbrahimov mübarizəyə qoşulacaqlar.

Qeyd  edək ki, 5-21 avqust tarixlərində Braziliyanın Rio-de-Janeyro şəhərində XXXI Yay Olimpiya Oyunları keçirilir. Azərbaycan oyunlarda 56 idmançı ilə 17 idman növündə təmsil olunur.

Müstəqil Azərbaycan üçün Rio Olimpiadası sayca 7-ci Yay Olimpiya Oyunlarıdır.

Azərbaycan Olimpiya hərəkatı tarixində ilk dəfə rekord sayda - 56 idmançı ilə təmsil olunur. Buna gədər Azərbaycanın rekord göstəricisi London Olimpiadasında qeydə alınmışdı - 53 idmançı. Bundan başqa, Azərbaycan Rio-de-Janeyro Olimpiadasında ilk dəfə 4 idman növü - kamandan oxatma, kanoe slalom, trek velosipedi və triatlon üzrə təmsil olunur.

Azərbaycanı Rio Olimpiadasında 7 hakim də təmsil edir - Aydın Ağaəliyev (gimnastika), Lyudmila Quliyeva (akademik avarçəkmə, kanoe slalom, kanoe sprint), Ramil Vəliyev (cüdo), Rauf Əliyev (sərbəst güləş), Hicran Şərifov, Vüqar Vəliyev (hər ikisi yunan-Roma güləşi), Zaur Abdullayev (boks).

Məqalədə:
Xəbər lenti

Xəbər lenti