...

"Maribor" - "Qəbələ" oyununda tanınmış hakim

İdman Materials 23 Avqust 2016 19:09 (UTC +04:00)
“Qəbələ”nin UEFA Avropa Liqasının pley-off mərhələsində keçirəcəyi cavab oyununun hakimləri bəlli olub.
"Maribor" - "Qəbələ" oyununda tanınmış hakim

Trend-i buradan izləyin

Bakı. Trend:

“Qəbələ”nin UEFA Avropa Liqasının pley-off mərhələsində keçirəcəyi cavab oyununun hakimləri bəlli olub.

Trend-in məlumatına görə, avqustun 25-də Sloveniyanın “Maribor” klubu ilə keçiriləcək səfər qarşılaşmasını macarıstanlı hakimlər briqadası idarə edəcək. Matçın baş hakimi Viktor Kaşşai olacaq.

“Maribor” - “Qəbələ” matçı Mariborda “Lyusdki Vrt” stadionunda keçiriləcək. Görüş Bakı vaxtı ilə saat 22:15-də başlayacaq.

Xatırladaq ki, komandalar arasında ilk oyun avqustun 18-də Bakıda keçirilib və “Qəbələ”nin 3:1 hesablı qələbəsi ilə başa çatıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti