...

Yığmamız uduzdu - 0:7

İdman Materials 17 Sentyabr 2016 13:42 (UTC +04:00)
Azərbaycan yığması bu gün ikinci oyununu keçirib.
Yığmamız uduzdu - 0:7

Bakı. Trend:

19 yaşadək qızlardan ibarət komandalar arasında Avropa çempionatının ilkin seçmə mərhələsində Azərbaycan yığması bu gün ikinci oyununu keçirib.

Trend-in məlumatına görə, yığmamız Bakı Olimpiya Stadionunda İspaniya komandası ilə qarşılaşıb. Qarşılaşma 7:0 hesabı ilə ispaniyalı futbolçuların xeyrinə başa çatıb.

Sentyabrın 20-də, saat 19:00-da yığmamız seçmə mərhələdəki son oyununda Latviya komandası ilə qarşılaşacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti