...

Karlos Teves rəsmən dünyanın ən yüksək ödənişli futbolçusu oldu

İdman Materials 29 Dekabr 2016 06:16 (UTC +04:00)
Argentinalı hücumçu Karlos Teves rəsmi Çinin "Şanxay Şenxua" klubuna keçdi
Karlos Teves rəsmən dünyanın ən yüksək ödənişli futbolçusu oldu

Bakı. Trend:

Argentinalı hücumçu Karlos Teves rəsmi Çinin "Şanxay Şenxua" klubuna keçdi.

Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, Teves yeni klubunda həftəsinə 615 min avro (təxminən 1.2 milyon manat) alacaq və bu onu dünyanın ən yüksək odənişli futbolçusu edəcək. Hal hazırda ən yüksək odənişli futbolçu İspaniyanın "Real Madrid" klubunun hücumçusu Kriştianu Ronaldudu.

Cari mövsümdə Teves Argentina çempionatında 10 oyun keçirib. Bu 10 oyunda o, 4 qol vurub və 6 asist edib. Öz karyerası ərzində Karlos Teves Braziliyanın "Korintians", İngiltərənin "Mançester Yunayted", "Mançester Siti", "Vest Hem" və İtaliyanın "Yuventus" klublarında çıxış edib. Milli heyətdə Teves 76 oyun keçirib və 13 qol vurub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti