...

Azərbaycan yığmasının məşqçisi: Biz həmişə qarşımıza ən yüksək məqsədlər qoyuruq (FOTO)

İdman Materials 11 May 2017 12:05 (UTC +04:00)
Bakıda keçiriləcək IV İslam Həmrəyliyi Oyunlarının idman gimnastikası yarışlarında Azərbaycan həm fərdi, həm də komanda hesabında təmsil olunacaq
Azərbaycan yığmasının məşqçisi: Biz həmişə qarşımıza ən yüksək məqsədlər qoyuruq (FOTO)

Bakı. Maksim Tsurkov - Trend:

Bakıda keçiriləcək IV İslam Həmrəyliyi Oyunlarının idman gimnastikası yarışlarında Azərbaycan həm fərdi, həm də komanda hesabında təmsil olunacaq.

Bunu Trend-ə idman gimnastikası üzrə kişilərdən ibarət Azərbaycan milli komandasının baş məşqçisi Rza Əliyev deyib.

Onun sözlərinə görə, komanda 3 nəfərdən ibarətdir və iki ən yaxşı nəticə hakimlər tərəfindən hesaba alınacaq:

“Komandaya Murad Ağarzayev, Bense Talas və Teymur Bayramov daxildir. Bayramov gənc, ümidverici gimnastdır. Bu onun belə səviyyədə ilk ciddi turniridir. Biz həmişə qarşımıza ən yüksək məqsədlər qoyuruq. Əvvəlcədən bir şey demək istəmirəm, ümid edirik ki, hər şey yaxşı olacaq”.

O, rəqiblər arasında Türkiyə millisini vurğulayıb:

“Onların indi yaxşı heyəti var, komandada Avropa çempionatının finalçısı da yer alıb. Ayrı-ayrı növlərdə İran da güclüdür. Bizim gimnastlarımız məşqlərini davam etdirirlər. Müəyyən qədər gərginlik var, çünki doğma meydanda çıxış həmişə məsuliyyət artırır”.

Qeyd edək ki, açılış günü mayın 12-də baş tutacaq Bakı-2017 İslam Həmrəyliyi Oyunları mayın 22-dək Azərbaycan paytaxtında 16 yarış obyektində 17 Olimpiya və 3 qeyri-olimpiya növü olmaqla, 20 idman növü üzrə keçiriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti