...

Ramin Əzizov da yarımfinala çıxdı

İdman Materials 18 May 2017 11:30 (UTC +04:00)
Taekvando yarışının sonuncu günündə daha bir təmsilçimiz yarımfinala vəsiqə qazanıb.
Ramin Əzizov da yarımfinala çıxdı

Bakı. Trend:

Bakı-2017 IV İslam Həmrəyliyi Oyunlarında taekvando yarışının sonuncu günündə daha bir təmsilçimiz yarımfinala vəsiqə qazanıb.

Tremd-in məlumatına görə, 87 kq çəki dərəcəsində mübarizə aparan Ramin Əzizov 1/4 finalda iordaniyalı Anas Sadek ilə görüşüb.

Döyüş idmançımızın tam üstünlüyü ilə keçib - 27:8.

Qeyd edək ki, Bakı-2017 İslam Həmrəyliyi Oyunları mayın 22-dək davam edəcək. Yarışlar Azərbaycan paytaxtının 16 idman obyektində 21 idman növü üzrə keçirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti