...

Norveç atıcısı: Azərbaycan beynəlxalq yarışları yüksək səviyyədə təşkil edir (FOTO)

İdman Materials 28 İyul 2017 13:50 (UTC +04:00)
Azərbaycan beynəlxalq yarışları yüksək səviyyədə təşkil edir.
Norveç atıcısı: Azərbaycan beynəlxalq yarışları yüksək səviyyədə təşkil edir (FOTO)

Bakı. Elçin Mehdiyev – Trend:

Azərbaycan beynəlxalq yarışları yüksək səviyyədə təşkil edir. Bunu Trend-ə Bakıda keçirilən Atıcılıq üzrə Avropa Çepmionatının Norveçdən olan iştirakçısı Paal Hembre deyib.

P.Hembre vurğulayıb ki, artıq üçüncü dəfədir Azərbaycana gəlir: “Artıq üçüncü dəfədir ki, Azərbaycana gəlirəm. Bundan əvvəl birinci Avropa Oyunlarında və Qəbələdə keçirilən Atıcılıq üzrə Dünya Kubokunda iştirak etmişəm. Azərbaycan hər biri yarışı yüksək səviyyədə təşkil edib və bu yarışmada da iştirakçılar üçün hər cür şərait yaradılıb”.

Norveçli iştirakçı ölkəmizi çox bəyəndiyini diqqətə çatdırıb. O qeyd edib ki, Azərbaycanın gözəl təbiəti, infrastrukturu və qonaqpərvər xalqı var.

Qeyd edək ki, bu gün Bakı Atıcılıq Mərkəzində keçirilən atıcılıq üzrə Avropa çempionatının səkkizinci günündə qrup yarışlarına start verilib. Azərbaycanın 7 idmançısı qrup yarışlarında mübarizəyə qoşulub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti