...

Trend, Milli.az və Day.az-ın TREMİDA komandası mini-futbol üzrə AZFAR “Biznes liqa”sının iştirakçısı olub

İdman Materials 6 Sentyabr 2017 18:58 (UTC +04:00)
Trend İnformasiya Agentliyi, Milli.az və Day.az saytlarının TREMİDA adlanan komandası mini-futbol üzrə Azərbaycan şirkətləri arasında korporativ AZFAR “Biznes liqa” çempionatının iştirakçısı olub.
Trend, Milli.az və Day.az-ın TREMİDA komandası mini-futbol üzrə AZFAR “Biznes liqa”sının iştirakçısı olub

Bakı. Trend:

Trend İnformasiya Agentliyi, Milli.az və Day.az saytlarının TREMİDA adlanan komandası mini-futbol üzrə Azərbaycan şirkətləri arasında korporativ AZFAR “Biznes liqa” çempionatının iştirakçısı olub.

ABL Cup 2017-18 formatında və miqyasında turnir Azərbaycanda ilk dəfə keçiriləcək və Azfargroup-un meydançalarında keçiriləcək.

Futbol dünyada ən populyar, ən kütləvi və ən cəlbedici idman növüdür. Futbolu bir sözlə təsvir etmək mümkün deyil. Bu, həm bədəni idarə etməyi və eyni zamanda fikirləşməyi tələb edən idman növüdür. Bu oyunda əvvəlcədən proqramlaşdırılmış heç nə yoxdur, hər şey ani oyun vəziyyətindən asılı olur. Bu, həm oyundur, həm də həyatdır! Ona görə də TREMİDA komandası bu turnirdə iştirak etməyi qərara alıb.

Azərbaycan şirkətləri arasında keçiriləcək mini-futbol üzrə “Biznes-liqa” korporativ turnirinə qeydiyyat davam edir. Belə miqyasda və formatda çempionat Azərbaycanda ilk dəfə olaraq "Azfargroup" şirkətinin futbol meydanlarında keçiriləcək.

Çempionatın siması Azərbaycan yığması və "Qarabağ" futbol klubunun oyunçusu Riçard Almeydadır.

Çempionatda iştirak üçün yerlərin sayı məhduddur. Çempionatla bağlı ətraflı məlumatı təşkilatçının internet səhifəsi www.asep.az, eləcə də https://www.facebook.com/ASEPLLC/ səhifəsindən və ya +99412 4047339, +99450 2952129 nömrələri vasitəsilə əldə etmək olar.

Təşkilatçı şirkətin saytında sifariş formaları təqdim olunub. Qeydiyyatdan keçən komandalar haqqında ayrıca məlumat verilir.

Şübhəsiz ki, "ABL Cup 2017-2018" təkcə korporativ və idman dairələrində deyil, həm də bütövlükdə ölkəmizin ictimai həyatında böyük rezonans doğuracaq və ilin idman olayına çevriləcək. Bu turnir həvəskar futbol sahəsində yeni idman ənənəsinə start verəcək.

ABL Təşkilat Komitəsi turnir iştirakçılarını xüsusi diqqətlə seçir – çempionatda yaxşıların yaxşısı – Azərbaycanın ən qabaqcıl və aktiv şirkətləri iştirak edəcək.

Turnirin bütün mərhələləri mətbuatda, internet səhifələrində, radio və televiziya kanallarında geniş işıqlandırılacaq. Turnirin təşkili və keçirilməsi ilə paralel şəkildə tədbirin təbliğatı, ən geniş kütlələrin məlumatlandırılması və KİV-in marağının cəlb edilməsinə yönəldilmiş genişmiqyaslı PR kampaniyası aparılır.

"ABL Cup 2017-2018" Təşkilat Komitəsi tədbir haqqında KİV-i öncədən xəbərdar etməklə çempionatdan əvvəl, onun gedişi zamanı və sonra müvafiq materialların dərc olunmasına zəmin yaradacaq.

Mini-futbol üzrə "Аzfar Business League" (ABL) turniri mini-futbolun populyarlaşdırılması və inkişafı, əhalinin bədən tərbiyəsi və idman məşqələlərinə kütləvi şəkildə cəlb olunması məqsədilə keçirilir.

Bu çempionat Azərbaycanın ən qabaqcıl və aktiv şirkətləri üçün nəzərdə tutulub. Biznes-liqada iştirak aşağıdakı məqsədləri qarşısına qoyur:

- Korporativ mədəniyyətin inkişafı;
- Şirkətdaxili əlaqələrin möhkəmləndirilməsi;
- KİV-də şirkətin adını çəkməklə brendin müştəri və partnyorlar tərəfindən tanınmasının artırılması;
- Korporativ həvəskar futbolun populyarlaşdırılması və inkişaf etdirilməsi;
- İşçilərin idman bacarıqları səviyyəsinin artırılması;
- Əməkdaşlarda bədən tərbiyəsi və idmana qarşı pozitiv münasibətin formalaşdırılması.

Futbol üzrə "Biznes-liqa" şirkətin bütün əməkdaşları üçün əsl bayrama çevriləcək.

Yarışların təşkili və aparılmasına ümumi rəhbərlik "Azfargroup"un dəstəyi ilə ASEP şirkətləri tərəfindən həyata keçirilir. Yarışların bilavasitə keçirilməsi ABL Təşkilat Komitəsinə həvalə olunur.

"ASEP" şirkəti peşəkar səviyyədə idman tədbirlərinin təşkili ilə məşğul olur. Yüksək səviyyəli korporativ futbol turnirləri keçirir. Bölmə və filialları olan böyük şirkətlərə isə daxili yarışların keçirilməsini təklif edir. Şirkətə korporativ turnirin sıfırdan təşkilini sifariş edə və ya digər xidmətlərindən yararlana bilərsiniz.

İnformasiya dəstəyi – Trend.az, Day.az, Milli.az, Azernews.az

Xəbər lenti

Xəbər lenti