...

Avro-2020-yə gedən yol (VİDEO)

İdman Materials 3 Noyabr 2017 17:25 (UTC +04:00)
UEFA 2020 Avropa çempionatı turnirin 60-cı ildönümü münasibətilə fərqli şəkildə təşkil ediləcək.
Avro-2020-yə gedən yol (VİDEO)

Bakı. Trend:

UEFA 2020 Avropa çempionatı turnirin 60-cı ildönümü münasibətilə fərqli şəkildə təşkil ediləcək. 24 komanda Avropanın müxtəlif 13 şəhərində, o cümlədən Bakıda keçiriləcək turnirdə iştirak edəcək.

Trend-in məlumatına görə, əvvəlki Avropa çempionatlarından fərqli olaraq, bu dəfə turnirə birbaşa vəsiqə qazanan komanda olmayacaq. Hətta ev sahibi şəhərlərin təmsil etdiyi ölkələr final mərhələsinə vəsiqəni özləri qazanmalı olacaq.

Avropa çempionatının təsnifat mərhələsi 5 və ya 6 komandanın yer aldığı qruplardan ibarət olacaq. Qrup oyunları 2019-cu ilin mart və noyabr ayları arasında keçiriləcək. 10 qrupun hər birinin qalibləri və ikinci yerlərin sahibləri turnirin ilk 20 iştirakçısı olacaq. Avropa çempionatına son 4 vəsiqənin sahibləri UEFA Millətlər Liqasından çıxmış 16 komanda arasında keçiriləcək pley-off qarşılaşmaları nəticəsində məlum olacaq. 16 komanda 4 qrupa bölünərək 4 pley-off mərhələsi yaradacaq. Avropa çempionatına vəsiqənin sahibini müəyyən etmək məqsədilə hər qrupda iki yarımfinal və final qarşılaşması keçiriləcək.

UEFA 2020 Avropa çempionatına vəsiqə qazanmış 24 komanda 4 komandadan ibarət 6 qrupa bölünəcək. Hər qrupda ilk iki yerin sahibləri və 4 ən yaxşı üçüncü yer sahibi 1/8 final mərhələsinə vəsiqə qazanacaq. Bundan sonrakı qarşılaşmalarda qaliblər növbəti mərhələyə vəsiqə qazanacaq, məğlub olanlar isə turniri tərk edəcək.

Avropanın müxtəlif arenalarında oynanılacaq matçlarda bütün yollar Londona aparacaq.

Video - AFFA

Məqalədə:
Xəbər lenti

Xəbər lenti