...

Murad Ağarzayev: Digər alətlərdə layiqli nəticə göstərməyə çalışacağam

İdman Materials 15 Mart 2018 16:08 (UTC +04:00)
Azərbaycanlı gimnast Murad Ağarzayev Bakıda keçirilən idman gimnastikası üzrə Dünya Kubokunda sərbəst hərəkətlərdə təsnifat mərhələsində çıxışından razı qalmayıb
Murad Ağarzayev: Digər alətlərdə layiqli nəticə göstərməyə çalışacağam

Bakı. Maksim Tsurkov - Trend:

Azərbaycanlı gimnast Murad Ağarzayev Bakıda keçirilən idman gimnastikası üzrə Dünya Kubokunda sərbəst hərəkətlərdə təsnifat mərhələsində çıxışından razı qalmayıb.

Trend-in məlumatına görə, o, yarışların ilk günündən daha yaxşı nəticə gözlədiyini bildirib:

“Mən gözləmirdim ki, belə səhv buraxacağam. Ötən il Dünya Kubokunun finalında da mən böyük səhv etdim, bu il də təəssüf ki, belə oldu. Ümid edirəm ki, gələcək yarışlarda bu baş verməyəcək”.

Gimnastın fikrincə, daha çox məşq etmək və səy göstərmək lazımdır:

“Bu, mənim əsas alətim idi, mən bu növdə finala çıxmağa ümid edirdim. İndi 12,766 xalla finala çıxmaq dünyanın səkkizinci möcüzəsi olacaq. Sabahkı günü gözləyək, çalışacağam ki, digər alətlərdə yaxşı nəticə göstərim”.

Qeyd edək ki, bu gün Bakıda Milli Gimnastika Arenasında İdman Gimnastikası üzrə Dünya Kubokuna start verilir.

Kişi və qadın idman gimnastları turnirin ilk iki günü təsnifat mərhələləri, son iki günü isə ayrı-ayrı alətlər üzrə finallarda öz güclərini sınayaraq, medallar uğrunda mübarizə aparacaqlar.

Azərbaycanı idman gimnastikası üzrə yarışlarda Murad Ağarzayev, Dariy Morozov və Teymur Bayramov, qadınlar arasında isə Marina Nekrasova, Mariya Smirnova və Yuliya İnşına təmsil edəcəklər.

Martın 15-dən 18-dək davam edəcək bu mötəbər yarışa Azərbaycan 3-cü ildir ki, ev sahibliyi edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti