...

Yapon gimnast Dünya Kubokunda sərbəst hərəkətlərdə qızıl medal qazanıb

İdman Materials 17 Mart 2018 13:04 (UTC +04:00)
Yaponiyalı gimnast Kadzuma Kaya Bakıda keçirilən idman gimnastikası üzrə Dünya Kubokunda sərbəst hərəkətlərdə qızıl medal qazanıb.
Yapon gimnast Dünya Kubokunda sərbəst hərəkətlərdə qızıl medal qazanıb

Bakı. Ənvər Məmmədov - Trend:

Yaponiyalı gimnast Kadzuma Kaya Bakıda keçirilən idman gimnastikası üzrə Dünya Kubokunda sərbəst hərəkətlərdə qızıl medal qazanıb.

Trend-in məlumatına görə, yaponiyalı gimnast 14,233 xalla birinci olub.

İkinci yeri 14,200 xalla Vladimir Qribuk (Ukrayna), üçüncü yeri 14,000 Rok Klarov (Sloveniya) tutub.

Qeyd edək ki, bu gün Bakıda Milli Gimnastika Arenasında idman gimnastikası üzrə Dünya Kuboku yarışının final mərhələsinə start verilib.

Bu mərhələdə gimnastlar ayrı-ayrı alətlər üzrə finallarda öz güclərini sınayaraq medallar uğrunda mübarizə aparırlar.

Final mərhələsində Azərbaycanı müxtəlif hündürlüklü qollarda Marina Nekrasova, Mariya Smirnova, dayaqlı tullanmada isə Yuliya İnşina və Marina Nekrasova təmsil edirlər.

Bakıda 3-cü ildir ki, təşkil olunan bu turnirə 25 ölkədən 102 idmançı qatılıb.

Dünya Kuboku martın 18-dək davam edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti