...

Tamaşaçı: Biz həmişə Milli Gimnastika Arenasına məmnuniyyətlə gəlirik

İdman Materials 28 Aprel 2018 12:46 (UTC +04:00)
Biz həmişə Milli Gimnastika Arenasına məmnuniyyətlə gəlirik.
Tamaşaçı: Biz həmişə Milli Gimnastika Arenasına məmnuniyyətlə gəlirik

Bakı. Cani Babayeva - Trend:

Biz həmişə Milli Gimnastika Arenasına məmnuniyyətlə gəlirik.

Bunu Trend-ə idman gimnastikası üzrə Dünya Kubokunun tamaşaçısı Şahin Məmmədov deyib.

O, bu cür tədbirə ikinci dəfə gəldiyini deyib:

“Yarışlar yüksək səviyyədə təşkil olunub, həm idmançılar, həm də tamaşaçılar üçün bütün şərait yaradılıb”.

Tədbirin əyləncəli hissəsi barədə danışan tamaşaçı bildirib ki, Qur-Qur ideyası çox maraqlıdır:

“Adətən maskotları xaricdə idman tədbirlərində görürük. Bu cür hadisəni burada görəndə, tədbirin miqyasını başa düşürsən”.

Qeyd edək ki, bu gün Bakıda bədii gimnastika üzrə Dünya Kubokunda ikinci yarış gününə start verilib.

Turnirdə 26 ölkədən 127 gimnast iştirak edir. Onlardan 44 nəfəri fərdi proqramda, 83 nəfəri isə qrup komandalarının tərkibində çıxış edir.

Yarışların ikinci günündə fərdi gimnastlar və qrup hərəkətləri komandaları təsnifat mərhələsində öz güclərini sınayacaqlar. Bu mərhələnin nəticəsindən asılı olaraq hər iki proqram üzrə çoxnövçülükdə qaliblər və ayrı-ayrı alətlər üzrə finala vəsiqə qazanmış gimnastların adları müəyyənləşəcək.

Ötən gün Azərbaycanın gimnastika yığması qrup hərəkətlərində finala yüksəlib. Ayşən Bayramova, Diana Doman, Zeynəb Hümmətova, Aliyə Paşayeva və Siana Vasileva təsnifatda 17,150 xal yığaraq altıncı yerə çıxıblar ki, bununla da finala düşməyə müvəffəq olublar.

Fərdi yarışlarda isə bu gün Azərbaycanı Zöhrə Ağamirova və Veronika Qudis təmsil edəcək.

Yarışların son günü baş tutacaq final mərhələsində isə ən güclü 8 fərdi gimnast və 8 qrup hərəkətləri komandası birincilik uğrunda mübarizə aparacaq.

Bakıda artıq 6-cı dəfədir təşkil edilən Dünya Kubokunda, həmçinin ən yüksək icra xalını toplamış gimnast və qrup komandasına ənənəvi “AGF Trophy” Kuboku təqdim olunacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti