Bakı. Trend:
"Barselona" futbol klubunun sabiq ispaniyalı yarımmüdafiəçisi Andres İnyesta Yaponiyanın "Vissel Kobe" klubunda çıxış edəcək.
Trend-in məlumatına görə, bu məlumatı futbolçu özünün "Tvitter" səhifəsində təsdiqləyib.
34-yaşlı yarımmüdafiəçi sosial şəbəkədə yapon klubunun prezidenti ilə şəkil paylaşıb və şərh yazıb: "Dostum Xikaro Mikitani ilə yeni evimə gedirəm".
Xatırladaq ki, futbolçu aprel ayının sonunda İnyesta "Barselona"dan getdiyini bəyan edib. O klubun əsas komandasında 2002-ci ildə çıxış edirdi.