...

Güləşçilərimiz Rusiyada keçirilən beynəlxalq turnirin finalına yüksəlib

İdman Materials 7 Sentyabr 2018 10:10 (UTC +04:00)
Sentyabrın 6-da Rusiya Federasiyası Saxa Respublikasının paytaxtı Yakutskda Dmitri Korkinin xatirəsinə həsr olunan sərbəst güləş üzrə beynəlxalq turnir start götürüb.
Güləşçilərimiz Rusiyada keçirilən beynəlxalq turnirin finalına yüksəlib

Bakı. Trend:

Sentyabrın 6-da Rusiya Federasiyası Saxa Respublikasının paytaxtı Yakutskda Dmitri Korkinin xatirəsinə həsr olunan sərbəst güləş üzrə beynəlxalq turnir start götürüb.

Azərbaycan Güləş Federasiyasından Trend-ə verilən məlumata görə, yarışda məşqçi Əşrəf Əliyevin rəhbərliyi ilə ölkəmizi yeddi pəhləvan təmsil edir. Onlardan ikisi – Pərviz İbarahimov (57 kq) və Nurməhəmməd Hacıyev (97 kq) finala yüksəlib. Digər idmançılarımız Əli Rəhimzadə (65 kq) və Hacımurad Ömərov (74 kq) bürünc medal şanslarını qoruyurlar.

Sentyabrın 7-də P.İbrahimov və N.Hacıyev final, digər iki güləşçimiz isə təsəlliverici görüşlərə çıxacaq. Əhmədnəbi Qvarzatilov, Məhəmmədhacı Kasumov (hər ikisi 61 kq) və İbrahim Yusubov (79 kq) isə həmin gün ilk qarşılaşmalarını keçirəcəklər.

Yarışların idarə olunmasında Azərbaycanı beynəlxalq dərəcəli hakim Bəşir İsazadə təmsil edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti