Bakı. Trend:
Azərbaycan Premyer Liqasında VIII turun ən yaxşı oyunçusunun adı açıqlanıb.
Trend xəbər verir ki, “InStat”ın təhlilinə əsasən Premyer Liqanın 2018/2019-cu illər mövsümünün VIII turunun ən yaxşı oyunçusu məlum olub. Bu, “Qəbələ”nin hücumçusu Stiven Monrozdur.
“Neftçi”yə qarşı keçirilən oyunda fransız futbolçu 1 qol, 1 məhsuldar ötürmə ilə yadda qalıb. Araşdırmalara əsasən S.Monroz turun ən yaxşı indeksə malik futbolçusudur.