Bakı. Elçin Mehdiyev – Trend:
2018-ci ildə Azərbaycan Milli Antidopinq Agentliyi tərəfindən 817 test keçirilib.
Ttend-in məlumatına görə, bunu Agentliyin direktoru Şəfəq Hüseynli ilin yekunlarına həsr olunmuş mətbuat konfransında deyib.
Ş.Hüseynova vurğulayıb ki, keçirilən testlər ötən illə müqayisədə iki dəfə çoxdur: "2017-ci ildə Agentlik tərəfindən 402 test götürülmüşdü".
Agentlik direktoru qeyd edib ki, ən çox test güləş idman növündə olub - 16,8 faiz: “İkinci yerdə futbol (14,9 faiz), üçüncü yerdə isə velosiped idman növüdür (11,22 faiz)”.