...

Azərbaycan Qılıncoynatma Federasiyasının ilk zalı əsaslı təmirdən sonra istifadəyə verilib

İdman Materials 30 Yanvar 2019 13:25 (UTC +04:00)
Azərbaycan Qılıncoynatma Federasiyasının (AQF) 2002-ci ildən fəaliyyət göstərən ilk zalı əsaslı təmirdən sonra yanvarın 29-da yenidən istifadəyə verilib.
Azərbaycan Qılıncoynatma Federasiyasının ilk zalı əsaslı təmirdən sonra istifadəyə verilib

Bakı. Trend:

Azərbaycan Qılıncoynatma Federasiyasının (AQF) 2002-ci ildən fəaliyyət göstərən ilk zalı əsaslı təmirdən sonra yanvarın 29-da yenidən istifadəyə verilib.

AQF-dən Trend-ə verilən məlumata görə, zalda yarışların təşkili və idmançıların hazırlıq keçməsi üçün ideal şərait yaradılıb. Paltardəyişmə otaqları tam yenilənərək müasir standartlara uyğunlaşdırılıb. Köhnə döyüş cığırları da yeniləri ilə əvəzlənib, işıqlandırma sistemi modernləşdirilib. Yenilənmiş idman zalının başlıca özəlliklərindən biri də videomüşahidə sisteminin quraşdırılmasıdır. İndi valideynlər gözləmə otağındakı monitorlar vasitəsilə uşaqlarının məşqini izləyə biləcəklər. AQF-in nəzdində daha iki zal Azərbaycan Texniki Universitetin İdman Sarayında fəaliyyət göstərir.

Zalda 2005-ci il təvəllüdlü və daha aşağı yaşlı məktəblilər arasında “Olimpiya ümidi” turnirinə start verilib. Üç gün davam edəcək turnirdə sablya, rapira və şpaqa yarışlarında qaliblər müəyyənləşəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti