...

La Liqa: “Real Madrid” öz meydanında məğlub olub (VİDEO)

İdman Materials 17 Fevral 2019 21:58 (UTC +04:00)
İspaniya La Liqasının 24-cü turunda gözlənilməz nəticə qeydə alınıb.
La Liqa: “Real Madrid” öz meydanında məğlub olub (VİDEO)

Bakı. Tural Turan - Trend:

İspaniya La Liqasının 24-cü turunda gözlənilməz nəticə qeydə alınıb.

Trend-in məlumatına görə, La Liqada son 5 matçda qalib gələn “Real” bu turda öz meydanında gözlənilmədən məğlub olub.

“Jirona” səfərdə 2:1 hesabı ilə “Real Madrid”i məğlub edib. Qolları Kazemiro (25-ci dəq.), Stuani (65-ci dəq.) və Portu (75-ci dəq.) vurub.

Bununla “Real” 45 xalda qalıb və yenidən 3-cü pilləyə enib. “Jirona” isə xalını 27-yə çatdıraraq 15-ci pilləyə yüksəlib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti