...

Almaniya Avro-2020 seçmə mərhələsində səfərdə Niderlanda qalib gəlib (VİDEO)

İdman Materials 25 Mart 2019 01:55 (UTC +04:00)
Almaniya millisi Avro-2020 seçmə mərhələsində Niderland millisinə qalib gəlib.
Almaniya  Avro-2020 seçmə mərhələsində səfərdə Niderlanda qalib gəlib (VİDEO)

Bakı. Tural Turan - Trend:

Almaniya millisi Avro-2020 seçmə mərhələsində Niderland millisinə qalib gəlib. Trend-in məlumatına görə, hesab 3:2 hesabı ilə Almaniyanın xeyrinə başa çatıb.

Oyunda hesabı 15-ci dəqiqədə Sane açıb. 34-cü dəqiqədə Qnabri almanların üstünlüyünü artırıb. 48-ci dəqiqədə de Liqt hesab arasında fərqi minimuma endirib. 63-cü dəqiqədə Depay ev sahibi komandasının azarkeşlərini sevindirib və hesabı bərabərləşdirib.

90-cı dəqiqədə isə Şults Almaniyaya qələbə qazandıran qolun müəllifi olub.

Beləliklə, Almaniya ilk oyununda 3 xal qazanır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti