Bakı. Trend:
Almaniyalı biatlonçu Laura Dalmayer karyerasını bitirə bilər.
Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, idmançı bu barədə qərarı yaxın bir neçə ay ərzində qəbul etməyi düşünür.
L.Dalmayer deyib: "Mən mənim üçün vacib olan haqqında düşünəcəyəm, bədənimin vəziyyətinə baxacağam və hissiyatlarıma qulaq asacağam".
Qeyd edək ki, L.Dalmayer yeddiqat dünya çempionu, ikiqat Olimpiya çempionu və 2016-17 mövsümünün Dünya Kubokunun qalibidir.