...

İdman gimnastikası üzrə Azərbaycan millisinin məşqçisi: Medallar qazanmağa çalışacağıq

İdman Materials 23 İyul 2019 14:28 (UTC +04:00)
Gimnastlarımız yaxşı çıxış etdilər, böyük səhvlər olmadı, əsas da budur.
İdman gimnastikası üzrə Azərbaycan millisinin məşqçisi: Medallar qazanmağa çalışacağıq

Bakı. Cani Babayeva - Trend:

Gimnastlarımız yaxşı çıxış etdilər, böyük səhvlər olmadı, əsas da budur. Ümumilikdə onların çıxışından razıyam.

Bunu Trend-ə idman gimnastikası üzrə Azərbaycanın gənclərdən ibarət milli komandasının məşqçisi Gennadiy Kotelnikov "EYOF Bakı-2019"da gimnastlarımızın çıxışlarını şərh edərkən deyib.

Məşqçi qeyd edib: "Yarışlardan öncə müəyyən bir iş görülmüşdü və nəyi planlaşdırmışdıqsa, hamısını etdik. Bəzi xırda nüanslar var ki, onların üzərində yenə işləməliyik. Ümid edirik ki, finala çıxacağıq və orada hələ göstərmədiklərimizi nümayiş etdirəcəyik".

G.Kotelnikovun sözlərinə görə, yarışlarda güclü idmançılar yarışır: "Bu yarışlarda Avropanın ən yaxşı idmançıları iştirak edir, ona görə də bizim işimzin nəticəsi aydın görünəcək".

Qeyd edək ki, iyulun 21-də Bakıda XV Avropa Gənclər Yay Olimpiya Festivalı start götürüb. İyulun 27-nə qədər davam edəcək mötəbər turnir 12 idman obyektində keçiriləcək.

Festivalda Avropanın 48 ölkəsindən 3900 atlet iştirak edəcək. İştirakçıların 52 faizi oğlan, 48 faizi isə qızdır. İdmançılar 135 dəst medal uğrunda güclərini sınayacaqlar. Mükafatçılar üçün ümumilikdə 930 medal hazırlanıb. Medalların 300-ü qızıl, 300-ü gümüş, 330-u isə bürüncdür.

Festivalda Azərbaycanı 122 idmançı təmsil edəcək.

XV Avropa Gənclər Yay Olimpiya Festivalında atletlər idmanın 10 növü - gimnastika, atletika, basketbol, velosiped idmanı, həndbol, cüdo, üzgüçülük, tennis, voleybol və güləş üzrə yarışlarda qüvvələrini sınayacaqlar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti