...

Azərbaycan cüdoçusu Zaqreb Qran-prisində bürünc medal qazanıb

İdman Materials 29 İyul 2019 00:53 (UTC +04:00)
Xorvatiyanın Zaqreb şəhərində keçirilən cüdo üzrə Qran-pri yarışı başa çatıb
Azərbaycan cüdoçusu Zaqreb Qran-prisində bürünc medal qazanıb

Bakı. Trend:

Xorvatiyanın Zaqreb şəhərində keçirilən cüdo üzrə Qran-pri yarışı başa çatıb.

Azərbaycan Cüdo Federasiyasından Trend-ə verilən məlumata görə, Azərbaycanı təmsil edən İrina Kindzerska beynəlxalq turnirin sonuncu günü bürünc medal qazanıb. Portuqaliya, Monqolustan, Ukrayna, Tunis idmançılarına qalib gələn Kindzerska yalnız turnirin çempionu, yaponiyalı Sone Akiraya uduzub.

Qeyd edək ki, Zaqreb Qran-Prisində 86 ölkədən 552 cüdoçu mübarizə aparıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti