...

Azərbaycan Gimnastika Federasiyası Bakıda “TeamGym” üzrə kurslar təşkil edib (FOTO)

İdman Materials 26 Oktyabr 2019 14:22 (UTC +04:00)
Oktybarın 24-26-da Azərbaycan Gimnastika Federasiyası Bakıda yerli gimnast və məşqçilər üçün “TeamGym” üzrə kurslar keçirib
Azərbaycan Gimnastika Federasiyası Bakıda “TeamGym” üzrə kurslar təşkil edib (FOTO)

Bakı. Cani Babayeva - Trend:

Oktybarın 24-26-da Azərbaycan Gimnastika Federasiyası Bakıda yerli gimnast və məşqçilər üçün “TeamGym” üzrə kurslar keçirib.

Trend-in məlumatına görə, kursları İslandiyadan dəvət olunmuş mütəxəssislər – İris Svavarsdottir, İris Mist Maqnusdottir və Helqa Svana Olafsdottir aparıb.

Azərbaycan Gimnastika Federasiyasının nümayəndəsi İnara İsrafilbəyova bildirib ki, kurslar ölkəmizdə “TeamGym” komanda gimnastika növünün inkişaf etdirilməsi məqsədi ilə keçirilir:

“TeamGym” Azərbaycanda yeni növdür, biz bununla ilyarımdır ki, məşğul oluruq. Ötən il Azərbaycan komandası Portuqaliyada keçirilmiş 12-ci Avropa çempionatında ilk dəfə iştirak edib. Kurslarda 40 nəfər – gimnastlar, məşqçilər və xoreoqraflar iştirak edir. Kurslarda bu növün qaydaları izah olunur və “TeamGym”lə bilavasitə məşğul olan idmançılar təlim keçir. Biz bu növü inkişaf etdirməklə 2020-ci ildə Danimarkada keçiriləcək Avropa çempionatında iştirak etməyi planlaşdırırıq”.

Azərbaycan Gimnastika Federasiyasının nümayəndəsi Akif Kərimlinin sözlərinə görə, kurslarda “TeamGym”lə bütün məsələlər müzakirə olunur:

“Kurs məşqçilik və hakimlik fəaliyyətlərinə həsr olunub. “TeamGym” gimnastikanın bütün növlərindən elementlərin birləşdiyi mürəkkəb və baxımlı idman növüdür. Təkcə sərbəst hərəkətlərdə bədii gimnastika, aerobika, idman gimanstikasından elementlər mövcuddur ki, bu da “TeamGym”i idmançılar üçün mürəkkəb və tamaşaçılar üçün maraqlı edir”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti