Bakı. Trend:
AFFA-nın, Sahə Futbol Federasiyaları İctimai Birliyinin və Bakcell şirkətinin dəstəyi, Əlillər Futbolu Federasiyasının təşkilatçılığı ilə dekabrın 3-dən 5-dək eşitməqüsurlu əlillər arasında futzal üzrə ənənəvi “Payız turniri” keçiriləcək.
Trend-in məlumatına görə, Memarlıq və İnşaat Universitetinin idman zalında təşkil olunacaq oyunların təqvimi belədir:
3 dekabr
09:30. Açılış mərasimi
10:00. Bakı – Azəri
11:00. Zirvə - Şimşək
12:00. Azəri - Ümid
4 dekabr
09:30. Zirvə - Bakı
10:30. Şimşək – Azəri
11:30. Ümid – Zirvə
12:30. Bakı – Şimşək
5 dekabr
09:30. Ümid - Bakı
10:30. Azəri – Zirvə
11:30. Şimşək - Ümid
12:30. Mükafatlandırma mərasimi