...

Azərbaycanlı hakim-inspektor ilk dəfə beynəlxalq təyinat alıb

İdman Materials 7 Yanvar 2020 12:58 (UTC +04:00)
Beynəlxalq dərəcəli hakim-inspektor Elçin Səmədli beynəlxalq təyinat alıb.
Azərbaycanlı hakim-inspektor ilk dəfə beynəlxalq təyinat alıb

Bakı. Trend:

Beynəlxalq dərəcəli hakim-inspektor Elçin Səmədli beynəlxalq təyinat alıb.

AFFA-dan Trend-ə verilən məlumata görə, o, futzal üzrə AVRO-2022-nin ilkin seçmə mərhələsinin G qrupunda keçiriləcək oyunlarda iştirak edəcək.

Bu qrupda Latviya, Danimarka və Estoniya milli komandaları mübarizə aparacaq. Oyunlar yanvarın 30-dan fevralın 1-dək Latviyada keçiriləcək.

Qeyd edək ki, bu, Elçin Səmədlinin hakim-inspektor kimi ilk beynəlxalq təyinatıdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti