...

Messi tibb işçilərinə təşəkkür edib

İdman Materials 13 Aprel 2020 02:51 (UTC +04:00)
"Barselona" futbol klubunun argentinalı oyunçusu Lionel Messi koronavirus pandemiyası zamanı işləyən tibb işçilərinə təşəkkür edib
Messi tibb işçilərinə təşəkkür edib

Bakı. Trend:

"Barselona" futbol klubunun argentinalı oyunçusu Lionel Messi koronavirus pandemiyası zamanı işləyən tibb işçilərinə təşəkkür edib.

Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, bu barədə L.Messi öz "Twitter" səhifəsində yazıb.

Argentinalı futbolçu bildirib: "Dünən tibb işçilərinin günü idi. Mən UNİSEF ilə birlikdə onlara gördükləri işlərə görə minnətdarlığımı bildirmək istəyirəm. Bizim koronavirusdan qorunmağımız üçün gecələri və gündüzləri ailələrindən uzaqda keçirən qəhrəmanlar".

Qeyd edək ki, Con Hopkins Universitetinin məlumatına əsasən, dünyada koronavirusa 1,8 milyondan artıq insan yoluxub, 110 mindən artıq insan isə ölüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti