...

"Barselona" səfərdə "Vilyareal"ı darmadağın edib

İdman Materials 6 İyul 2020 04:55 (UTC +04:00)
"Barselona" səfərdə "Vilyareal"ı darmadağın edib

Bakı. Trend:

Futbol üzrə İspaniya La Liqasının 34-cü turu çərçivəsində "Vilyareal" "Barselona"nı qəbul edib.

Trend-in məlumatına görə, oyun qonaqların 1:4 hesablı qələbəsi ilə yekunlaşıb. Oyunda qolları Pau Torres (3-cü dəqiqə, avtoqol), Herard Moreno (14-cü dəqiqə), Luis Suares (20-ci dəqiqə), Antuan Qrizman (45-ci dəqiqə), Ansu Fati (87-ci dəqiqə) vurublar.

Qeyd edək ki, "Barselona" 34 turdan sonra 73 xalla turnir cədvəlində ikinci yerdə, "Vilyareal" isə 54 xalla beşinci yerdə qərarlaşıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti