...

Azərbaycan millisi Sloveniya ilə heç-heçə edib

İdman Materials 12 Noyabr 2020 02:03 (UTC +04:00)
Azərbaycan millisi Sloveniya ilə heç-heçə edib

Bakı. Trend:

Noyabrın 11-də futbol üzrə Sloveniya və Azərbaycan milli komandaları arasında yoldaşlıq oyunu keçirilib.

Trend-in məlumatına görə, Lyublyana şəhərindəki "Stojitse" stadionunda təşkil olunan matçda millimizin start heyətində meydana Emil Balayev, Anton Krivotsyuk, Maksim Medvedev, Bədavi Hüseynov, Təmkin Xəlilzadə, Amin Seydiyev, Vüqar Mustafayev, İsmayıl İbrahimli, Azər Salahlı, Mahir Emreli və Tellur Mütəllimov çıxıblar.

Sloveniya seçməsinin ilk on birliyində isə Vid Belets, Neyts Skubiç, Mario Yurçeviç, Kenan Bayriç, Mixa Mevlya, Yasmin Kurtiç, Sandi Lovriç, Qnezda Çerin, Mixa Zayts, Tim Matavj və Yosib İliçiç yer alıblar.

Macarıstanlı baş hakim Ferenc Karakonun idarə etdiyi oyunda hesab açılmayıb - 0:0.

Xəbər lenti

Xəbər lenti