...

İngiltərə Premyer Liqasında "Tottenhem" "Arsenal"ı məğlub etdi

İdman Materials 6 Dekabr 2020 23:05 (UTC +04:00)

Futbol üzrə İngiltərə Premyer Liqasının 11-ci turu çərçivəsində keçirilən oyunda "Tottenhem" "Arsenal"a qalib gələrək liqanın lideri olub.

Trend xəbər verir ki, "Tottenhem Hotspur" stadionunda baş tutan matç 2:0 hesabı ilə sona çatıb. Qaliblərin heyətində Son Xın-Min və Harri Keyn fərqləniblər.

“Tottenhem” xal ehtiyatını 24-ə çatdıraraq turnir cədvəlində liderliyə yüksəlib. “Arsenal” isə 13 xalla 15-ci yerdə qərarlaşıb.

Növbəti turda Joze Mourinyonun yetirmələri dekabrın 13-də "Kristal Pelas"la, dekabrın 10-da isə Avropa Liqasının qrup mərhələsinin son turunda Belçikanın "Antverpen"i ilə görüşəcəklər.

“Arsenal” həmin gün Avropa Liqasında səfərdə İrlandiya komandası “Dandolk”la qarşılaşacaq və 13 dekabrda Premyer Liqanın 12-ci turunda öz meydançasında “Bernli"ni qəbul edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti