...

Çempionlar Liqası: "Yuventus" "Barselona"nı məğlub edib, Messi ilə Ronaldo 2,5 ildən sonra üz-üzə oyun keçiriblər

İdman Materials 9 Dekabr 2020 02:44 (UTC +04:00)
Çempionlar Liqası: "Yuventus" "Barselona"nı məğlub edib, Messi ilə Ronaldo 2,5 ildən sonra üz-üzə oyun keçiriblər

Bakı. Trend:

İtaliyanın futbol klubu "Yuventus" Çempionlar Liqası qrup mərhələsinin altıncı turunun səfər matçında İspaniyanın "Barselona" komandasını 3:0 hesabı ilə məğlub etdi.

Trend-in məlumatına görə, Kristiano Ronaldo dubla imza atdı (13, 52-ci dəqiqə), portuqaliyalı hücumçu hər iki qolu penaltıdan vurdu. Digər qolu Veston Makkeni (20) vurdu.

Qeyd edək ki, K.Ronaldo və "Barselona"nın hücumçusu Lionel Messi 6 May 2018-ci ildən bəri ilk dəfə üz-üzə oyun keçiriblər. Bundan əvvəlki oyun Ronaldonun o vaxt olduğu "Real Madrid" ilə "Barselona"nın 2:2 hesablı heç-heçə matçı ilə bitib.

Hər iki komanda bundan əvvəl Çempionlar Liqası 1/8 finalında iştirakını təmin etmişdi. "Yuventus" G qrupunda birinci, "Barselona" ikinci yeri tutub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti