...

Qadın güləşçimiz bürünc medal qazandı

İdman Materials 16 Dekabr 2020 23:12 (UTC +04:00)
Qadın güləşçimiz bürünc medal qazandı

Bakı. Trend:

Serbiyanın paytaxtı Belqradda güləş üzrə Fərdi Dünya Kuboku davam edir. Dördüncü yarış günündə 57, 59, 65, 68 və 76 kq-da çıxış edən qadın güləşçilər mübarizəyə qoşulub.

Azərbaycan Güləş Federasiyasından Trend-ə verilən məlumata görə, güləşçimiz Alyona Kolesnik (57 kq) ilk görüşdə hindistanlı idmançıya məğlub olub. Rəqib finala yüksəldiyi üçün A.Kolesnik dekabrın 16-da təsəlliverici görüşə çıxıb və alman həmkarına qalib gələrək bürünc medal uğrunda qarşılaşmaya vəsiqə qazanıb. Həlledici görüşdə sonuncu xal prinsipinə əsasən A.Kolesnik beşinci olub.

Mübarizəyə dörddəbir finaldan start verən Elis Manolova (65 kq) isə Moldova təmsilçisinə uduzub. Rəqib finaladək irəliləyib. Bu isə güləşçiyə bürünc medal uğrunda mübarizə aparmaq şansı yaradıb. Türkiyə güləşçisini üstələyən E.Manolova fəxri kürsünün üçüncü pilləsinə qalxıb.

Qeyd edək ki, daha əvvəl yunan-Roma güləşçilərindən İslambek Dadov (67 kq) gümüş, Eldəniz Əzizli (55 kq) və Beka Kandelaki (130 kq) bürünc medal əldə ediblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti