...

"Mançester Yunayted" İngiltərə çempionatında məğlubiyyətsiz seriyanı 10 oyuna qədər uzadıb

İdman Materials 2 Yanvar 2021 03:06 (UTC +04:00)
"Mançester Yunayted" İngiltərə çempionatında məğlubiyyətsiz seriyanı 10 oyuna qədər uzadıb

Bakı. Trend:

"Mançester Yunayted" İngiltərə Futbol çempionatının 17-ci turunda doğma meydanında "Aston Villa"nı məğlub etdi.

Trend-in məlumatına görə, görüş 2:1 hesabı ilə başa çatıb.

Qaliblərin heyətində qolları Antoni Marsyal (40-cı dəqiqə) və Brunu Fernandeş (61, penaltıdan), məğlub olan komandasında isə Bertrand Traore (58) vurub.

Turnir cədvəlində klub 33 xal toplayaraq ikinci yerdədir. Komanda "Liverpul"dan yalnız əlavə göstəricələrə görə aşağı pillədədir.

"Aston Villa" altı oyunda ilk məğlubiyyətini alıb. Klub 26 xalla altıncı sıradadır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti