...

Yaponiyada olimpiya məşəli estafeti ləğv olunub

İdman Materials 7 Aprel 2021 13:07 (UTC +04:00)
Yaponiyada olimpiya məşəli estafeti ləğv olunub

Bakı. Orxan Nəbiyev - Trend:

Yaponiyanın Osaka şəhərində Yay olimpiya oyunlarının məşəlinin estafeti ləğv olunub.

Trend-in məlumatına görə, bunu Osaka prefekturasının qubernatoru Hirofumi Yosimura elan edib.

Bu qərar koronavirusa yoluxma hallarının şəhər ərazisində kəskin artması ilə əlaqədar qəbul edilib. Son günlərdə Osakada 800-ə yaxın yoluxma qeydə alınıb.

Qeyd edək ki, martın 25-də Fukusima prefekturasında başlamış məşəl estafeti Osakadan aprelin 13-14-də keçməli idi.

Tokio Yay olimpiya oyunları iyulun 23-dən avqustun 8-dək keçiriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti