...

Bakıda aerobika gimnastikası üzrə 16-cı dünya çempionatının final günü başlayıb (FOTO)

İdman Materials 29 May 2021 15:27 (UTC +04:00)
Bakıda aerobika gimnastikası üzrə 16-cı dünya çempionatının final günü başlayıb (FOTO)

Bakı. Cani Babayeva - Trend:

Bakı Milli Gimnastika Arenasında aerobika gimnastikası üzrə 16-cı dünya çempionatının final günü başlayıb.

Trend-in məlumatına görə, yarışların son günündə qarışıq cütlüklər arasında, kişilər arasında fərdi proqramda, aerodans üzrə və qrup hərəkətlərdə final mərhələsi və mükafatlandırma mərasimi keçiriləcək.

Bundan başqa, ən yaxşı çıxışa görə VTB-nin mükafatı təqdim olunacaq.

Kişilər arasında fərdi proqramda, aerodans proqramında və qrup hərəkətlərdə Azərbaycan gimnastları finalda mübarizə aparacaq.

(Foto: Zaur Mustafayev. Tərcümə: Orxan Nəbiyev)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti